Super Liqa klubu “Sumqayıt”a 7 qol vurdu

Super Liqa klubu “Sumqayıt”a 7 qol vurdu
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt” növbəti yoxlama görüşü keçirib. 
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi "Alanyaspor”la qarşılaşıb.
Super Liqa klubu ilə oyun heç də uğurlu alınmayıb. Belə ki, türklər təmsilçimizin qapısından 7 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar – 7:0.
Qeyd edək ki, "Sumqayıt” Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama görüşündə Qətər klubu "Əl-Şəhaniyə” ilə bərabərə qalıb (1:1).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər