Super Liqa: "Azərreyl" "Murov"a, lider autsayderə qarşı

Super Liqa: "Azərreyl" "Murov"a, lider autsayderə qarşı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə start veriləcək.

Fanat.Az xəbər verir ki, VII tur çərçivəsində iki matç baş tutacaq. Azərbaycan Voleybol Federasiyasının idman zalında ilk olaraq "Azərreyl" “Murov”la üz-üzə gələcək.

Ardınca isə meydan lider "Abşeron"la autsayder UNEC-in ixtiyarına veriləcək. 

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Super Liqa VII tur 18 fevral

16:00. “Azərreyl" –“Murov” Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Abşeron" - UNEC Azərbaycan Voleybol Federasiyasının idman zalı

Turnir cədvəli: "Abşeron" - 18 xal, "Azərreyl" - 8, "Murov" - 6, UNEC - 4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər