“Sumqayıt”la “Qarabağ” heç-heçəyə razılaşdı

“Sumqayıt”la “Qarabağ” heç-heçəyə razılaşdı

Birinci Divizionun ikinci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri bu gün növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Vüqar Quliyevin yetirmələri doğma meydanda “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb.

90 dəqiqənin tamamında qapılara qol vurulmayıb - 0:0.

Xatırladaq ki, “Sumqayıt-2” daha iki yoxlama oyunu keçirəcək. Fevralın 1-də “Qaradağ Lökbatan”la üz-üzə gələcək bu komanda ilk oyununu “Neftçi”nin əvəzedicilərinə qarşı keçirib - 1:3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər