2022/23 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”la "Kəpəz" bu gün yoxlama oyunununda üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutan görüşdə 5 qol qeydə alınıb.
Aleksey Baqanın rəhbərlik etdiyi “kimyaçılar” rəqibini 3:2 hesabı ilə üstələyib. Oyunda “Sumqayıt”ın qollarını Vüsal İsgəndərli, Elşən Abdullayev və Araz Abdullayev vurub. "Kəpəz"dən isə
yeni transfer Georgi Kantariya və baxışda olan braziliyalı Juninyo Maranensi fərqləniblər.
Bununla da, “Sumqayıt” yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub. Komanda 1 günlük istirahətin ardından iyulun 16-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 30 iyul tarixinədək davam edəcək toplanış müddətində Aleksey Baqanın yetirmələri 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix barədə klubumuzun rəsmi media hesabları tərəfindən məlumat veriləcək.