"Sumqayıt"ın zədəli futbolçusundan son xəbər

"Sumqayıt"ın zədəli futbolçusundan son xəbər

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tur start götürəcək. 

"Sumqayıt" səfərdə "Sabah"ın qonağı olacaq. "Gənclik şəhəri" təmsilçisi meydana tam heyətlə çıxacaq. Sadəcə zədəsi yeni bərpa olunan Murad Xaçayevin iştirakı sual altındadır. 

Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Rəşad Məmmədov məlumat verib: "Cəzalımız yoxdur. Bircə Murad Xaçayevin zədəsi var. Komanda ilə məşq edir. Ancaq meydana çıxıb-çıxmayacağı oyun saatında bilinəcək. Çünki dünən biraz ağrısı var idi".

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı 19:00-da start götürəcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər