"Sumqayıt"ın yeni qapıçısı kim oldu? - RƏSMİ

"Sumqayıt"ın yeni qapıçısı kim oldu? - RƏSMİ

"Sumqayıt” növbəti qış transferini həyata keçirib.

 

Fanat.Az klubun rəsmi saytına istinadən məlumat verir ki, son olaraq "Sabah”ın şərəfini qoruyan qapıçı Aydın Bayramov "kimyaçılar”la müqavilə imzalayıb.

 

1.5 illik sözləşməyə imza atan 1996-cı il təvəllüdlü futbolçu "Sumqayıt”da 13 nömrəli formada çıxış edəcək.

 

Aydın Bayramov futbolçu karyerası ərzində "Rəvan”, MOİK və "Sabah” klublarının uğurları üçün çalışıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.

 

Qeyd edək ki, "Sumqayıt” dövrələrarası fasilədə Rəşad Əzizli və Adil Nağıyevi də heyətinə qatıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər