"Sumqayıt"ın şikayəti qismən təmin edildi

"Sumqayıt"ın şikayəti qismən təmin edildi
AFFA-nın Apelyasiya Arbitraj Tribunalı "Sumqayıt" və "Zirə" komandalarırnın müraciətinə baxıb.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin şikayəti müsbət, "Zirə"ninki isə mənfi cavablandırılıb.
"Sumqayıt” AFFA İntizam Komitəsinin mayın 5-də Camaləddin Xocaniyazova verdiyi 4 oyunluq cəzadan və kluba tətbiq edilən 3 200 manat cərimədən apelyasiya verib. Tribunal diskvalifikasiyanı 2 oyuna, cəriməni isə 1 600 manata endirib.
Əvəzində İntizam Komitəsinin "Zirə” və klubun məşqçisi Eltun Yaqublu barədə qərarı qüvvədə saxlanılıb.
Qərarların tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər