"Sumqayıt"ın hazırlıq planı müəyyənləşdi

"Sumqayıt"ın hazırlıq planı müəyyənləşdi
"Sumqayıt"ın qış fasiləsi üçün hazırlıq planı müəyyənləşib.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda çempionatın qalan hissəsi üçün hazırlıqlarına yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək.
 
Ayxan Abbasovun komandası toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. "Sumqayıt” yanvarın 10-da "Zirə", 14-də isə "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə "Keşlə" ilə qarşılaşacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər