“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza
İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın XXV turunda keçirilən oyunlar müzakirə olunub. 
 
Fanat.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
"Səbail” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
"Sumqayıt” – "Sabah” oyununda "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
"Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. 
  
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər