"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun

"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun

Futbol üzrə Azərbaycan çempionatının XVII turunda "Səbail"lə oyun "Sumqayıt"ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub.

Fanat.Az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə meydana çıxmaqla çempionatda debüt edib.

80-ci dəqiqədə Todor Todoroskini əvəzləyən Əhmədzadə cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə bitib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər