"Sumqayıt"ın futbolçusu Rusiyadan qayıtmaq istəmir - SON DURUM

"Sumqayıt"ın futbolçusu Rusiyadan qayıtmaq istəmir - SON DURUM
Martın 11-dən Rusiyaya gedən Aleksey İsayev "Sumqayıt”a qayıtmaq istəmir.
 
Düzdü, "kimyaçılar” milliləşdirilməsi də nəzərdə tutulan yarımmüdafiəçini heyətdə saxlamağa səy göstərir. Ancaq İsayevin özü Avropa Liqasında debüt imkanı qazanan Azərbaycan təmsilçisinə dönməyə son variant kimi baxır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, oyunçu hazırda "Ural”la danışıq aparır. Rusiyanın Premyer Liqa təmsilçisində oynamaq variantı reallaşacağı halda, orta xətt oyunçusu ölkəsində legioner sayılmamaq üçün Azərbaycan yığmasının formasını geyinməkdən də imtina edəcək. 
"Ural” Alekseyi heyətində görmək istəyən yeganə Rusiya klubu deyil. Qonşu ölkənin Birinci Divizion təmsilçilərindən ikisi - "Rotor” və "Armavir” də İsayevlə maraqlanır. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər