“Sumqayıt”ın futboçusuna iki oyunluq cəza

“Sumqayıt”ın futboçusuna iki oyunluq cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

31.03.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” – “Sumqayıt”  oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 36.1).

01.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Səbail”  oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 49.2).

02.04.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah” – “Qəbələ”  oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2) .

29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Zirə-2” – MOİK  oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunur (maddə 39).

29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Sumqayıt-2” – “Mingəçevir”  oyununda “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Şamaxı-2” – “Səbail-2”  oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunur (maddə 64.1).

30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “İmişli” – “Neftçi-2”  oyununda “İmişli” klubunun 14 nömrəli futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1).

30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “İmişli” – “Neftçi-2”  oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 60).

30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Kəpəz-2” – “Qaradağ Lökbatan”  oyununda “Kəpəz-2” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilir (maddə 39).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər