"Sumqayıt"ın bombardiri "Traktor"da - FOTO

"Sumqayıt"ın bombardiri "Traktor"da - FOTO
"Sumqayıt"ın sabiq futbolçusu Peyman Babayinin yeni klubu müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, Babayi kareyrasını Cənubi Azərbaycan klubunda davam etdirəcək. Belə ki, o, "Traktor"la anlaşıb. Peymanın təbrizlilərlə müqaviləsinin detalları haqda geniş açıqlama verilməsə də, transferi klub tərəfindən  təsdiqlənib.
 
Bu yay komandadan ayrılan iranlı hücumçu ötən ilin yanvarında "Sumqayıt"la müqavilə bağlamışdı. Komandanın bombardiri pandemiya ilə əlaqədar yarımçıq dayandırılan 2019/20 mövsümündə 7 qol vurmuşdu.
"Sumqayıt"ın bombardiri "Traktor"da - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər