"Sumqayıt"ın baş məşqçisi qovuldu

"Sumqayıt"ın baş məşqçisi qovuldu

Premyer Liqanın 20-ci turunun "Sumqayıt” - "Neftçi” görüşünün sonları gərginliyi ilə yadda qalıb.

 

 

Fanat.Az xəbər verir ki, referi Rəşad Əhmədov 85-ci dəqiqədə meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovu texniki zonadan uzaqlaşdırıb. Gənc mütəxəssis bu qərarı çox aqressiv qarşılayıb və texniki zonanı tərk etmək istəməyib. Yalnız köməkçilərinin müdaxiləsindən sonra o, meydanı tərk etməli olub.

 

 

Qeyd edək ki, məhz onun meydanı tərk etməsindən sonra "Neftçi” daha bir qol vuraraq, üstünlüyünü 2:1-ə çatdırıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər