“Sumqayıt”ın 50-ci uğursuz səfəri

“Sumqayıt”ın 50-ci uğursuz səfəri

Topaz Premyer Liqasının XXX turunun AZAL-la qarşılaşması “Sumqayıt” üçün yubiley məğlubiyyəti ilə yadda qalıb. Fanat.az PFL-in saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi səfərdə 50-ci dəfə uduzub. 

Premyer Liqada çıxış etdiyi müddətdə rəqib meydanında keçirdiyi 81-ci matçda qeydə alınan 0:1 hesablı yenilgi yubiley uğursuzluğu kimi tarixə düşüb. İndiyədək səfərdə 9 qələbə qazanan “Sumqayıt” 10-cu, yubiley uğurunu bu dəfə də qazana bilməyib. Doğma arenadan kənarda 22 heç-heçəsi olan sumqayıtlılar rəqib meydanlarında 69 qol vurub, 153-nü buraxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər