“Sumqayıt”ı Portuqaliya klubuna dəyişdi

“Sumqayıt”ı Portuqaliya klubuna dəyişdi

Bu qış fasiləsində “Sumqayıt”dan ayrılan portuqaliyalı futbolçu Filipe Çabinin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, ölkəsinə qayıdan hücumameyilli yarımmüdafiəçi “Belenenseş” komandasına keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu 3-cü liqa təmsilçisi ilə müqavilə imzalayıb. Lakin müqavilənin müddəti və transferin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Filpe Çabi “Sumqayıt”a cari mövsümün əvvəlində transfer olunmuşdu. O, Azərbaycan təmsilçisində 16 oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə fərqlənməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər