“Sumqayıt”dan ilk və yubileylər

“Sumqayıt”dan ilk və yubileylər

“Sumqayıt” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi XVI turda “Kəpəz”ə qalib gəlib. Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udub.

197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.

Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər