“Sumqayıt”dan ayrılan futbolçu “Şaxtyor”un düşərgəsində

“Sumqayıt”dan ayrılan futbolçu “Şaxtyor”un düşərgəsində
"Sumqayıt”la yolları ayrılan futbolçu Kərəm Sultanov karyerasını Qazaxıstanda davam etdirə bilər.
 
Fanat.Az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Şaxtyor” klubunda baxışdadır.
 
Qazaxıstan mətbuatının yaydığı xəbərə görə, Kərəm, "Şaxtyor”un Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Müdafiəçi məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Kərəm Sultanov 2020-ci ilin avqustundan 2021-ci ilin yanvarına qədər "Sumqayıt”da çıxış edib. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər