“Sumqayıt”dan 60-cı qələbə

“Sumqayıt”dan 60-cı qələbə
Topaz Premyer Liqasının XIII turu "Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən Gənclik şəhəri təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb. Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə  41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.
Qeyd edək ki, "Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər