Sumqayıtdakı oyun belaruslulara tapşırıldı

Sumqayıtdakı oyun belaruslulara tapşırıldı

21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oyununun hakimləri açıqlanıb. 

Fanat.Az xəbər verir ki, matçı belarusdan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Viktor Şimuşika yan xətdə Anton Qusev və Sergey Kosovets yardım edəcək. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək. 

Qeyd edək ki, Finlandiya ilə oyun oktyabrın 8-də, saat 20:30-da Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər