"Sumqayıt"da yenilər var

"Sumqayıt"da yenilər var

Ötən tur "Kəpəz”i yenən "Sumqayıt” istirahəti başa vuraraq, hazırlıq proseslərini bərpa edib.

 

Fanat.Az xəbər verir ki, "kimyaçılar” bu gün doğma arenada Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb. Hazırlığı komandanın rəhbərliyi də izləyib. Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər.

 

Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqin ilk hissəsi yüngül qaçış, ikinci hissəsi isə toplu çalışmalarla keçirilib. 

 

Qeyd edək ki, "Sumqayıt” bu həftə sınaq matçı keçirməyi planlaşdırır.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər