"Sumqayıt"da "yarpaq tökümü" davam edir - Biri də getdi

"Sumqayıt"da "yarpaq tökümü" davam edir - Biri də getdi

Belaruslu mütəxəssis Aleksey Baqa ilə mövsümü boşa verən "Sumqayıt"ın sıralarını daha bir futbolçu tərk edib.

Fanat.Az xəbər verir ki, rusiyalı müdafiəçi Cəmaləddin Xocaniyazov "gənclik şəhəri" təmsilçisindən ayrılıb.

Müqaviləsinin müddəti başa çatan Türkmənistan doğumlu arxa xətt oyunçusu ilə müqavilə yenilənməyib.

Xocaniyazov 2019-cu ildən "kimyaçılar"ın formasını geyinirdi.

Qeyd edək ki, Xocaniyazov bu yay "Sumqayıt"ı tərk edən 6-cı futbolçu olub. Daha öncə sumqayıtlılarla Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Əli Qurbani və Eltun Turabov da tərk edib.

Emin  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər