Ayxan Abbasovla yolları ayıran “Sumqayıt”da hələ də yeni baş məşqçi təyinatı reallaşmayıb.
Məsələ ilə bağlı yenilik olub-olmadığını maraqlanmaq üçün kluba müraciət etdik.
Lakin "Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov Fanat.Az-a açıqlamasında bildirdi ki, yeni baş məşqçi təyinatı ilə bağlı qeyri-müəyyənlik davam edir.
Qeyd edək ki, "Sumqayıt" dekabr ayının 16-da Ayxan Abbasovun müqaviləsinə xitam verib.
Röya