“Sumqayıt”da 19-cu

“Sumqayıt”da 19-cu
Rail Məlikov "Sumqayıt”da yubiley oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının IV turunun "Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. Arxa xətt oyunçusu 50-ci dəfə "Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. 
Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.
Qeyd edək ki, Məlikov "Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər