"Sumqayıt"a müvəqqəti prezident təyin olundu

"Sumqayıt"a müvəqqəti prezident təyin olundu
Bu gün "Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib. 
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, toplantıda "gənclik şəhəri” təmsilçisinin sabiq prezidenti Kamran Quliyevə fəaliyyətinə görə təşəkkür olunub, ona gələcək işlərində uğurlar arzulanıb.
Klubun prezidentinin səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq vitse-prezident Vaqif Ömərova tapşırılıb.
Qeyd edək ki, "Sumqayıt”dan şəxsi istəyi ilə ayrılan Kamran Quliyev isə bir neçə gün öncə "Neftçi”nin prezidenti təyin olunub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər