"Sumqayıt"a mühafizəçisinə görə ciddi xəbərdarlıq

"Sumqayıt"a mühafizəçisinə görə ciddi xəbərdarlıq
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Zirə" ilə matç başa çatdıqdan sonra "Sumqayıt"ın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbərdarlıq edilib. Bu təkrarlanacağı halda klub cəzalandırılacaq.
"Qəbələ" isə "Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 800 manat cərimə olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər