"Sumqayıt" özünü asmaq həddinə çatan məşqçiyə sahib çıxacaq

"Sumqayıt" özünü asmaq həddinə çatan məşqçiyə sahib çıxacaq

Ölkə futbolunun tanınan məşqçilərindən olan Zakir Mahmudovun uzun müddət davam edən işsizliyə dözə bilməməsinə, çətin günlər yaşamasına "Sumqayıt”dan reaksiya gəlib.

 

Bununla bağlı "kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi Fanat.Az-a açıqlamasında "Sumqayıt” rəsmilərinin Mahmudova kömək etməyə hazırlaşdığını bildirdi:

"Onunla həm klub prezidenti Riad Rəfiyev, həm də vitse-prezidenti Vaqif Ömərov maraqlanıb. Yaxın 2-3 gündə məşqçiyə hərtərəfli köməklik olunacaq. Çox güman ki, klubda işlə təmin ediləcək”.

 

Xatıqladaq ki, Zakir Mahmudov "Futbol+” qəzetinə açıqlamasında çətin günlər yaşadığını və intihar həddində olduğunu bildirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər