“Sumqayıt” “Zəfər Kuboku”nun qalibi oldu

“Sumqayıt” “Zəfər Kuboku”nun qalibi oldu

AFFA, PFL və 8 Premyer Liqa klubunun əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər Kuboku” turnirinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda AFFA üzərində 4:1 hesablı qələbə qazanan “Sumqayıt” finala vəsiqə qazanıb.   Yarımfinalın digər qarşılaşmasında “Səbail” “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada “Səbail” üzərində 3:1 hesablı qələbə qazanan “Sumqayıt” “Zəfər Kuboku” turnirinin qalibi olub. Qalib komandaya kuboku AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov təqdim edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər