"Sumqayıt" yeni hücumçu transfer etdi - RƏSMİ

"Sumqayıt" yeni hücumçu transfer etdi - RƏSMİ

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Komanda son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

28 yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər