"Sumqayıt" yeni hücumçu transfer etdi

"Sumqayıt" yeni hücumçu transfer etdi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Almir Aqanspaxiçi heyətinə qatıb.

Klub ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçunu 1 illik icarəyə götürüb. 25 yaşlı futbolçu “Sumqayıt” FK-da “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Almir Aqanspaxiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspaxiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər