"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə bağladı

"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə bağladı

"Sumqayıt" dövrələrarası fasilədə növbəti futbolçunun keçidini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Latviyanın "Valmiera" klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.

Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl braziliyalı vinger Dieqo Kariokanı heyətinə qatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər