“Sumqayıt” Azərbaycan Premyer Liqasında 30-cu səfər qələbəsini qazanıb. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, yubiley uğuru sayca 30-cu Azərbaycan çempionatının ilk turuna təsadüf edib. “Keşlə”ni iki cavabsız qolla məğlub edən “Gənclik şəhəri” təmsilçisi rəqib meydanında keçirdiyi 151-ci matçda 30-cu dəfə üç xal qazanıb. Komandanın hesabında 41 heç-heçə və 80 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 30 və daha çox qələbə qazanan 15-ci komanda olub. 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında ilk qələbəsini 2011-ci il noyabrın 5-də “Qarabağ” üzərində qazanıb. Bu qələbə ilə “Sumqayıt” şəhərin Premyer Liqada ən çox xal toplayan komandası ünvanını qazanıb. Klub qələbəyə görə üç xal prinsipi ilə indiyədək ümumilikdə 323 xal yığıb. Şəhərin digər təmsilçilərindən “Xəzər” 321, “Standard” 98, “Gənclərbirliyi” 87 xal toplayıb.
"Sumqayıt" "Xəzər"i keçdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı