"Sumqayıt" üçüncü transferini açıqladı

"Sumqayıt" üçüncü transferini açıqladı
"Sumqayıt" 2018/19 mövsümü üçün növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komanda son olaraq "Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, Şəhriyar Əliyev "Bakı”, "Qarabağ” və "Qəbələ" klublarında da çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millisinin də şərəfini qoruyub. "Sumqayıt" daha əvvəl Əfran İsmayılov və Elvin Məmmədovu transfer edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər