“Sumqayıt” Türkiyəyə yollanır

“Sumqayıt” Türkiyəyə yollanır

“Sumqayıt” Premyer Liqanın 2017/18 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Türkiyəyə yollanacaq.

 

Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq.

 

“Sumqayıt” qonşu ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ bilinmir. Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər