"Sumqayıt" Türkiyədən döndü, Serbiyaya yollanır

"Sumqayıt" Türkiyədən döndü, Serbiyaya yollanır
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Sumqayıt” Ankara toplanışını başa vuraraq vətənə dönüb. 
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv bu gün ev oyunlarını keçirdiyi stadionun köməkçi meydançasında məşqə də çıxıb.
 
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Çukariçki” ilə qarşılaşacaq komanda iyulun 19-da Serbiyaya yola düşəcək. Ayxan Abbasovun yetirmələri "Metropole Collection Belgrade” otelində məskunlaşacaq.
 
Qeyd edək ki, "Çukariçki” - "Sumqayıt” oyunu iyulun 21-də Belqradda keçiriləcək. Cavab görüşü isə ayın 29-da Sumqayıtda baş tutacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər