“Sumqayıt” Türkiyədə darmadağın edildi

“Sumqayıt” Türkiyədə darmadağın edildi

Premyer Liqanın 2016/17 mövsümünə Türkiyədə hazırlaşan “Sumqayıt” Boluda hazırlıqlarını davam etdirir. Fanat.Az xəbər verir ki, “kimyaçılar” növbəti yoxlama matçına keçiriblər.

 

Samir Abasov komandasını Türkiyədəki üçüncü sınağına çıxarıb. Təmsilçimizin rəqibi “Sivasspor” olub. Görüş yerli komandanın 4:0 hesablı darmadağını ilə yekunlaşıb. 

 

Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl daha iki görüş keçirib. “Gənclik şəhərəinin təmsilçiləri” “Osmanlıaspor”a uduzub (1:3), Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Fateh”ə isə qalib gəlib (3:0).

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər