"Sumqayıt" Tovuzda qələbə qazandı - YENİLƏNİB

"Sumqayıt" Tovuzda qələbə qazandı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 

Turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt"la üz-üzə gəlib. Son turlarda uğursuz çıxışı ilə gündəmdə olan sumqayıtlılar Tovuz səfərində qələbə qazanıb. Azarkeşlər bu görüşdə 5 qola şahidlik ediblər. 

Bu turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları isə aprelin 2-də keçiriləcək.

Azərbaycan Premyer Liqası XXVIII tur 31 mart

“Turan Tovuz” – “Sumqayıt” 2:3 

Qollar: Natan Oduva, 7, Runi Eva, 33 - Kamran Əliyev, 11, 68. Dieqo Karioka, 58-pen.

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov Baş məşqçi: Ayxan Abbasov

"Sumqayıt": 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture Baş məşqçi: Samir Abasov

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov. Tovuz şəhər stadionu, 15:30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər