"Sumqayıt" Superliqa təmsilçisinə uduzdu

"Sumqayıt" Superliqa təmsilçisinə uduzdu
Qarşıdakı mövsümə hazırlığı Türkiyənin Ankara şəhərində davam etdirən "Sumqayıt” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri ötən mövsüm Türkiyə Superliqasını 5-ci sırada bitirərək Avropa Konfrans Liqasında iştirak hüququ qazanan "Sivasspor”la qarşılaşıb.
 
Rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə "Sivasspor”un qollarına Mustafa Yatabare (50-ci dəqiqə) və Səfa Yılmaz (71-ci dəqiqə) imza atıb.
 
Xatırladaq ki, "Sumqayıt” öncəki sınaq qarşılaşmasında "Keçiörengücü”nə 1:2 hesabıyla uduzmuşdu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər