“Sumqayıt” Super Liqa klubu ilə üz-üzə

“Sumqayıt” Super Liqa klubu ilə üz-üzə

Növbəti mövsümə Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün baş tutacaq ilk yoxlama oyununda Super Liqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək. 

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) götürəcək.

Qeyd edək ki, Azərbaycan klublarından "Səbail" də bir neçə gün əvvəl "Sivasspor"la qarşılaşıb və 1:1 bərabərə qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər