"Sumqayıt" "Sivasspor"a uduzdu

"Sumqayıt" "Sivasspor"a uduzdu

Növbəti mövsümə hazırlığı Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Görüş "Yüksek İrtifa" məşq mərkəzinin stadionunda oynanılıb.

Azərbaycan klublarından "Səbail" də bir neçə gün əvvəl "Sivasspor"la qarşılaşıb və 1:1 bərabərə qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər