"Sumqayıt" Səid Rzanı yola saldı

"Sumqayıt" Səid Rzanı yola saldı

Mövsümün ilk yarısı başa çatar-çatmaz baş məşqçisi Ayxan Abbasovu istefaya göndərən "Sumqayıt"da qeyri-müəyyənlik davam edir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, vakant post üçün bir neçə mütəxəssislə danışıq aparılır. Ayxan Abbasovun xələfinin adı bu həftə açıqlanacaq.

Hələliksə bütün planlar yeni çalışdırıcının təyinatına qədər təxirə salınıb. Komanda yanvarın 5-də bir araya gələcək. O vaxta qədər təsdiqlənəcək baş məşqçinin hazırlıq planına əsasən təlim-məşq toplanışı təşkil ediləcək. Təyinat bu həftə ərzində rəsmiləşsə və yeni çalışdırıcı etiraz etməsə, "Sumqayıt" yanvarın 12-də Antalyaya yollanmağı planlaşdırır. 

Heyətdəki dəyişikliklər də baş məşqçinin gəlişindən sonra müəyyənləşəcək. Həm rəhbərlik, həm də futbolçular məhz bir-iki gün ərzində gerçəkləşəcək təyinatı gözləyir. Bununla belə, artıq bir futbolçu ilə bağlı qərar verilib. "Sumqayıt" yayda heyətinə qatdığı iranlı hücumçu Səid Rza ilə yolları ayırıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər