"Sumqayıt" sabiq qapıçısını geri qaytardı

"Sumqayıt" sabiq qapıçısını geri qaytardı

"Sumqayıt" klubu Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.   Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

"Sumqayıt" sabiq qapıçısını geri qaytardı

Son olaraq, Ukraynanın "LNZ" (Çerkası) klubunda çıxış etmiş, 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "kimyaçılar"ın şərəfini qorumuş Popoviç "Sumqayıt"ın heyətində "23" nömrəli formada çıxış edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər