“Sumqayıt” Rusiya klubu ilə bacarmadı

“Sumqayıt” Rusiya klubu ilə bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutan görüşdə rəqib Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov” olub.

“Titanic Mardan” hotelinin idman kompleksində baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 15:30-da start verilib. “Sumqayıt” bu oyunda 0:1 hesablı məğlubiyyətə üzülüb. Samara təmsilçisi yeganə qolu 86-cı dəqiqədə vurub.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

“Sumqayıt” sabah vətənə dönəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər