“Sumqayıt” rekordunu yenilədi

“Sumqayıt” rekordunu yenilədi
Azərbaycan Premyer Liqasının lideri olan "Sumqayıt” klub tarixinin rekorduna imza atıb. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, "Gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdi. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudu. 
Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. "Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər