"Sumqayıt" "Qəbələ"yə qalib gəldi

"Sumqayıt" "Qəbələ"yə qalib gəldi
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt” və "Qəbələ” komandaları bu gün yoxlama oyunu keçirib.
 
Fanat.Az xəbər verir ki, komandalar Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər. Matç "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Sumqayıt təmsilçisinin qollarını Cəmaləddin Xocaniyazovla Cavid İmamverdiyev vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər