"Sumqayıt" - "Qəbələ" oyunu təxirə salındı

"Sumqayıt" - "Qəbələ" oyunu təxirə salındı
Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.
 
Fanat.Az xəbər verir ki, 11-ci turun sabah keçirilməli olan "Sumqayıt” - "Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər