"Sumqayıt" "Qarabağ"la oyuna 6 əskiklə hazırlaşır

"Sumqayıt" "Qarabağ"la oyuna 6 əskiklə hazırlaşır
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da növbəti məşqini keçirib.
 
"Sumqayıt” tam heyətlə hazırlaşa bilmir. Belə ki, 4 futbolçu - Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21-in heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq. Bundan başqa, zədəli Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bugünkü məşqdə iştirak etməyib.
 
Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub. Məşqdə daha çox toplu çalışmalara üstünlük verən komanda hazırlığı kiçik meydançada ikitərəfli oyunla yekunlaşdırıb.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu noyabrın 17-də keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər