“Sumqayıt” “Qarabağ”a təzminat ödəyəcək

“Sumqayıt” “Qarabağ”a təzminat ödəyəcək
AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərinin çempionatının VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qarabağ”la oyun bitdikdən sonra “Sumqayıt”ın futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunub. AFFA dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi məbləğin “Sumqayıt” tərəfindən ödənilməsinə qərar verib.
“Neftçi”nin futbolçusu Vüsal Hüseynov "Zirə" ilə oyunun 88-ci dəqiqəsində ikinci sarı vərəqəni alıb. Bu səbəbdən AFFA onu 1 oyunluq cəzalandırıb, klubu 100 manat cərimə edib.
"Qəbələ" "İnter"lə oyunda 5, "Sumqayıt" "Qarabağ"la matçda 4 futbolçusu sarı vərəqə aldığından 400 manat ödəyəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər