"Sumqayıt" "Qarabağ"a qarşı 4 itki ilə oynayacaq

"Sumqayıt" "Qarabağ"a qarşı 4 itki ilə oynayacaq

Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"ı qəbul edəcək "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Kasimir Ninqa, İsa Suliman və Kristian Velinovski zədəli olduqları üçün "Qarabağ"a qarşı oynaya bilməyəcəklər. Cəzalı futbolçumuz isə yoxdur. Bildiyiniz kimi, baş məşqçi Samir Abasov da cəzalıdır və bu görüşdən sonra diskvalifikasiya müddətini tamamlamış olacaq".

"Sumaqayıt" - "Qarabağ" matçl dekabrın 8-də keçiriləcək. Oyun 19:30-da başlayacaq.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər