"Sumqayıt" Polşa təmsilçisini yendi

"Sumqayıt" Polşa təmsilçisini yendi

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt” bu gün növbəti sınaq matçına çıxıb.

 

 

 

Fanat.Az xəbər verir ki, "kimyaçılar” Polşa "Arka”sı ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 16:30-da başlayan matç Sumqayıt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

 

"Kimyaçılar" builki Antalya toplanışı çərçivəsində daha öncə Macarıstan "Kaposvar”ına 3:4 hesabıyla yenilib, Rumıniya "Politexnika”sı ilə heç-heçəyə razılaşıb - 1:1.

 

Sumqayıt – Arka (Polşa) 1:0

 

Qol: Əmir Ağayev, 8.

Antalya, "Topkapı” otelinin stadionu

 

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 5. Cəmaləddin Xocaniyazov, 8. Peyman Babayi, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 46. Aleksey İsayev, 90. Rəhim Sadıxov, 97. Xəyal Nəcəfov.

Ehtiyat oyunçular: 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 4. Şəhriyar Əliyev, 9. Amil Yunanov, 14. Elvin Bədəlov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 88. Cavid Quliyev.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər